Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 02:02

19 yaşlı qızın meyiti Kürdən çıxarılıb


Kür

19 yaşlı qızın meyiti Kürdən çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti məlumat yayıb. Məlumatda meyitin bu səhər saat 9-da çıxarıldığı bildirilir.

İyulun 1-də axşam saatlarında Neftçala rayonunun 1-ci Qaralı kənd sakini 19 yaşlı Şəfa Məmmədovanın özünü Kür çayına ataraq intihar etdiyi bildirilirdi.
Həmin gün bu hadisədən başqa ölkədə daha iki intihar xəbəri yayılmışdı.

Günün ikinci yarısı Binəqədidə 29 yaşlı gəncin özünü asdığı deyilirdi.

Bundan əvvəl isə Tərtər rayonunun Sarov kəndində 4 uşaqlı ananın canına qıydığı söylənirdi.

Son vaxtlar ölkədə intihar hallarının artdığı bildirilir.

XS
SM
MD
LG