Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:27

Yağış, şimşək, dolu gözlənir


Yağış

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti qarşıdakı günlərdə hava şəraitinin dəyişiləcəyini bildirir.

Departamentin xəbərinə görə, iyulun 5-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Qarşıdakı iki gündə Bakı və Abşeron yarımadasındatemperaturun 3-5 dərəcə enəcəyi ehtimal edilir.

Üstəlik, ölkənin ayrı-ayrı yerlərinə yağış yağacağı, yağıntının leysana çevriləcəyi, dolu düşəcəyi bildirilir. Sonrakı günlərdə havanın temperaturunun bir qədər də düşəcəyi proqnozlaşdırılır.

XS
SM
MD
LG