Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 23:38

Rəqqasələr İstanbuldan qayıda biliblər


"Biserinki" rəqs qrupu

-

Rusiyanın “Biserinki” rəqs qrupunun üzvü olan 15 rəqqasə İstanbul aeroportundakı partlayışa görə bir gün sonra evə dönə bilib. Onlar iyunun 30-da Tatarıstan paytaxtı Kazana qayıdıblar.

11-12 yaşlarında həvəskar rəqqasələr və onların məşqçisi Ataturk hava limanında qalmışdı. İyunun 28-də törədilmiş partlayışa görə reyslər təxirə salınmışdı.

Hadisə vaxtı uşaqlar aeroportda təhlükəsiz zonada olublar və xəsarət almayıblar. Onlar Bolqarıstandan yarışmadan qayıdırmışlar.

“Ataturk” hava limanındakı hücumlarda azı 41 nəfər həlak olub, yüzlərlə yaralı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG