Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:56

Çovdarovun həbs müddəti uzadılıb


Akif Çovdarov
Akif Çovdarov

-

Səbail rayon Məhkəməsinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarovun həbsini 4 ay artırdığı bildirilir.

«Report»un xəbərinə görə, həbs edilmiş digər keçmiş MTN əməkdaşlarının da həbs müddəti dörd ay uzadılıb.

Akif Çovdarov 2016-cı ilin noyabrında 3 aylıq həbs olunmuşdu. Sonradan həbs müddəti yenidən uzadılmışdı.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə iş açılıb.

«MTN işi» ilə bağlı 2015-ci ilin oktyabrında açılan cinayət işi üzrə 65 nəfər zərərçəkən şəxs qismində tanınıb. 20 nəfər isə həbs olunub. Onlardan bir çoxunun həbs müddəti uzadılıb. Həmin şəxslər də vəzifə səlahiyyətlərini aşmaqda, rüşvətdə, mütəşəkkil dəstələr yaratmaqda və digər ağır cinayətlərdə günahlandırılırlar.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra onun bazasında iki qurum yaradılıb. Bunlar Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətidir.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun isə ev dustağı olduğu bildirilir. Ancaq onun istintaqa cəlb edildiyi ilə bağlı rəsmi açıqlama yoxdur.

XS
SM
MD
LG