Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 11:59

Qaz zavodunun yaxınlığından mərmi tapılıb


Minaaxtaran

-
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik iyunun 27-də növbəti hesabatını təqdim edib.

AZƏRTAC hesabata istinadən xəbər verir ki, Ağcabədi rayonunun Arazbar kəndi – Qar-Qar çayın sahilindən bir partlamamış piyada əleyhinə mina (OZM-72) aşkar olunub. Minanın daşınması təhlükəli olduğuna görə, partlayış yolu ilə yerində zərərsizləşdirildiyi bildirilir.

Bərdə rayonunun Kələntərli kəndində qaz zavodunun yaxınlığındakı ərazidə də bir partlamamış hərbi sursat (OF56-1 modelli 122 mm-lik top mərmisi) aşkar olunduğu qeyd edilir. Həmin mərminin ərazidən uzaqlaşdırılıb zərərsizləşdirildiyi deyilir.

Agentlik bildirir ki, aprelin 7–dən iyunun 27-dək ümumilikdə 1552 partlamamış hərbi sursat, 18 piyada, 8 isə tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində ağır hərbi əməliyyatlar keçirilib. Hər iki tərəf ağır itkilər verib. Aprelin 5-də Moskvada tərəflər yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Aprelin 7-dən etibarən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik cəbhə bölgəsində yenidən fəaliyyətə başlayıb.

XS
SM
MD
LG