-
İyunun 28-i Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı gözlənilir.
Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən xəbərə görə, Abşeronda gecə 20-24, gündüz 30-35, Bakıda isə gecə 22-24, gündüz 33-35 dərəcə isti olacaq.
Rayonlarda da ciddi yağıntı gözlənilmir. Gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı bildirilir.