-
İyunun 26-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqası yarışlarının yarımfinal mərhələsində cavab oyununu keçirib.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Voleybol Mərkəzində ölkə millisi Yunanıstan yığması ilə qarşılaşıb.
İtaliyalı baş hakim Ilaria Vagni-nin idarə etdiyi oyun Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında bir gün əvvəl təşkil olunmuş ilk oyunda da Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəlmişdi.
İki oyunun nəticəsinə görə, Azərbaycan voleybolçuları Avropa Liqası yarışlarının final mərhələsinə yüksəliblər. Həlledici mərhələdə Azərbaycan millisinin rəqibi Slovakiya-Sloveniya görüşünün qalibi olacaq. Final mərhələsinin ilk görüşü iyunun 30-da, cavab qarşılaşması isə iyulun 7-də təşkil olunacaq.
Avropa Liqasının əhəmiyyətini artırmaqdan ötrü bu ildən birinci yerin sahibi gələn il keçiriləcək Dünya Qran-prisinə vəsiqə qazanacaq.