Keçid linkləri

2017, 30 Mart, Cümə axşamı, Bakı vaxtı 22:35

İyunun 24-də günortaya Britaniyanın əsas birja indeksi FTSE 5,09 faiz düşüb.

Fransada CAC 40 indeksi 7,78 faiz azalıb. Almaniyanın DAX indeksi 7,16 faiz azalıb.

Euronext indeksi isə 5,2 faiz düşüb.

Bütün bunlar birjaların Brityaniyanın Avropa Birliyindən çıxmasına reaksiyadır.

Britaniyada isə maraqlı cədvəl hazırlanıb.

Çıxmağa səs verənlər yaşlılardır. Gənclər qalmağa səs verib.

18-21 yaş arasında olanların 64 faizi qalmağa, 24 faizi çıxmağa səs verib.

65 yaşdan yuxarı olanların 33 faizi qalmağa, 58 faizi çıxmağa səs verib.

Orta yaşlılar da qalmağa səs verib: 25-49 yaş arası olanların 45 faizi qalmağa, 39 faizi çıxmağa səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG