Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:31

Atəşkəslə bağlı 23 iyun açıqlaması


Erməni əsgər
Erməni əsgər

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 13 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonundan Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi, Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Füzuli, Goranboy və Cəbrayıl rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyunun 22-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 16 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

İyunun 20-də isə Sankt–Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə də atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir.

XS
SM
MD
LG