Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 18:35

Camron Avropa Birliyinə hə deməyə çağırıb


David Cameron

Böyük Britaniyanın baş naziri David Cameron seçiciləri ölkənin Avropa Birliyində qalmasına səs verməyə çağırıb.

Baş nazir iyunun 23-də keçiriləcək referendum ərəfəsində bir daha qeyd edib ki, Avropa Birliyindən çıxmaq ölkə iqtisadiyyatı və onun milli təhlükəsizliyinə ziyan vuracaq.

O televiziya ilə xalqa müraciətində deyib ki, bu işsizliyin səviyyəsi və qiymətlərin artmasına, müttəfiqlərinsə azalmasına səbəb olacaq.

Həmçinin dünya liderləri, aparıcı şirkətlər və investorlar hesab edir ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxması onun nüfuzunun azalması və dünya bazarlarında ciddi çaxnaşmaya səbəb olacaq,bütün qərb ölkələrinin gələcəyinə pis təsir göstərəcək.

İctimai rəy sorğuları son günlər Britaniyada Avropa Birliyi tərəfdarlarının artaraq 50 faizi ötdüyünü göstərir.

Avropaya inteqrasiyanın tərəfdarı olan 41 yaşlı deputat Co Koksun iyunun 17-də qətlinə görə referendumla bağlı ölkədə kampaniyalar 3 günlük dayandırılmışdı.

Onu öldürməkdə şübhəli bilinən 52 yaşlı Tommi Meyr saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG