Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:28

Gəncin özünü asdığı deyilir


Foto arxiv
Foto arxiv

-

Oğuz rayonunda intihar olayının baş verdiyi bildirilir.

APA-nın rayon prokurorluğuna istinadən yaydığı xəbərə görə, olay rayonun Böyük Söyüdlü kəndində qeydə alınıb.

Kənd sakini, 25 yaşlı Rəvanə Həbilovanın yaşadığı evdə asılmış meyiti aşkarlanıb. Olayın səbəbi açıqlanmır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Son zamanlar ölkədə intihar hallarının artdığı deyilir. Dünən bir nəfərin, iki gün əvvəl isə 4 nəfərin özünü asdığı bildirilirdi.

XS
SM
MD
LG