Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 17:32

Gənc şairlərin şeir gecəsi olacaq


►“Söz” adlı ədəbi layihənin istedadlı gənc şairlərə həsr olunmuş növbəti tədbiri keçiriləcək

Iyunun 22-də saat 19:30-da Nizami Kino Mərkəzində “Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, həmin gün gənc şairlərin şeir gecəsi olacaq.

Xəbərdə bildirilir ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin ölkə daxilində və beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, poetik axşamlara marağın və diqqətin artırılması, eləcə də, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilməsidir.

Layihə ölkə mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatın dünyada tanıdılması və yeni istedadlı yazarların aşkar olunması baxımından da əhəmiyyətlidir.

Layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

XS
SM
MD
LG