-
İyunun 20-də Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib.
APA-nın xəbərinə görə, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub.
Məlumatda qeyd edilir ki, təlimin keçirilməsi qoşunların və döyüş sistemlərinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş uzlaşması səviyyəsinin artırılması məqsədi daşıyıb. Təlim 3 mərhələdə həyata keçirilib. Birinci mərhələdə müdafiə əməliyyatlarının aparılması, ikinci mərhələdə əks-zərbənin endirilməsi, üçüncü mərhələdə isə hücumun inkişaf etdirilməsi.