Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:45

«Formula-1»in yekun mərhələsi də start götürdü


«Formula-1» yarışmasının 2-ci günü. Hamilton qəzaya düşdü, 18.06.2016
«Formula-1» yarışmasının 2-ci günü. Hamilton qəzaya düşdü, 18.06.2016

İyunun 19-da saat 14:00-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin yekun mərhələsi start götürüb.

AZƏRTAC xəbər verir ki, əsas yarışdan əvvəl GP2 pilotları sonuncu dəfə Bakı trekinə çıxıblar. Onlar Formula-1ə dəstək məqsədilə keçirilən yarışda ikinci yürüşlərini keçirirlər.

Yarışda bolidlərin start düzülüşü iyunun 18-də keçirilən yürüşdə müəyyənləşib. Dünənki yarışda 1-8-ci pillələrdə yer alan sürücülər bu dəfə əks qaydada start xəttinə çıxıblar. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzülüblər.

Pilotlar bolidləri ilə 45 dəqiqə ərzində 120 kilometr məsafə qət edəcəklər. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq, 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.

GP2 iştirakçılarının ilk yürüşündə «Prema Racing» komandasından Antonio Covinatsi finişə birinci çatmışdı. «ART» komandasının üzvü Sergey Sirotkin ikinci, «Russian Time» komandasının pilotu Rafael Marçello isə üçüncü olmuşdu.

XS
SM
MD
LG