Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:01

İtaliyada 126 şəhərdə 2-ci tur mer seçkisidir


Italiya baş naziri Matteo Renzi
Italiya baş naziri Matteo Renzi

İyunun 19-da İtaliyada 126 şəhər, o cümlədən Romada mer seçkiləri üzrə ikinci tur keçirilir. İyunun 5-də keçirilən seçkidə namizədlərin heç biri seçicilərin 50 faiz səsini qazanmadığı üçün ikinci tur təyin olunmuşdu.

Bu seçkiyə baş nazir Mattio Renzinin populyarlıq testi kimi də baxılır.

İtaliya paytaxtının meri ilk dəfə qadın ola bilər. 37 yaşlı Vircinia Radji müxalif partiyasının namizədidir.

Birinci turda onun rəqibi, hakim partiyadan olan Robert Jaketti 25 faiz, Vircinia Radji isə 35 faiz səs toplayıb.

XS
SM
MD
LG