Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

Yenə dolu gözlənilir


Dolu
Dolu

-

İyunun 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Səhər və axşam az yağış yağacağı qeyd edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da qısa fasilələrlə yağış gözlənilir. Üstəlik, yenə bəzi rayonlara dolu düşəcəyi ehtimal edilir.

Gecə 18-23, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Son həftələr ölkənin bir sıra bölgələrinə dolu düşüb. Nəticədə əkin sahələrinə, meyvə bağlarına ciddi ziyan dəydiyi bildirilir.

XS
SM
MD
LG