Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 08:55

İtaliya Rusiyaya sərmayə qoymaq istəyir


Vladimir Putin və Matteo Renzi

-

İtaliyanın baş naziri Matteo Renzi deyib ki, onun ölkəsi Rusiya ilə iqtisadi əlaqələri genişləndirmək, bura investisiya qoymaq istəyir. Baş nazir bunu Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda bildirib. M.Renzi Avropa Birliyi ilə Moskvanın münasibətlərinin yaxşılaşacağına ümid etdiyini söyləyib.

Onun sözlərinə görə, ancaq bunun üçün Rusiya Ukraynanın şərqindəki münaqişə ilə bağlı Minsk sazişinin tələblərini yerinə yetirməlidir.

Baş nazir qeyd edib ki, sazişi imzalayan hər tərəf, o cümlədən Ukrayna da öz öhdəliklərini icra etməlidir.

Rusiya və İtaliya kompaniyaları ümumi məbləği 1.3 milyard avroluq saziş imzalayandan sonra M.Renzi və Rusiya prezidenti Vladimir Putin forum kuluarlarında danışıqlar aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG