Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

Ordu irimiqyaslı təlimlər keçirəcək


Təlimlər
Təlimlər

-

Azərbaycan Silahlı Qüvvələri iyunun 19-dan 24-dək operativ-taktiki təlimlər keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, təlimlərə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank, zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu cəlb olunacaq.

*Youtube Kanalımıza abunə ol - Hər gün yeni videolardan xəbərin olsun. Ordu xəbərləri və reportajlarımız, müshaibələrimiz də olur

Bundan başqa, təlimlərdə 40-dək hərbi aviasiyadan, 30-dan çox hava hücumundan müdafiə sistemlərindən, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələrindən istifadə ediləcəyi bildirilir.

Təlimlərin cəbhəboyu zonada, Naxçıvan Muxtar Respublikasında yerləşən poliqonlarda və Xəzər dənizinin Azərbaycan sektorunda keçiriləcəyi qeyd edilir.

«Təlimlərin əsas məqsədi qoşunların idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsindən, ağır şəraitdə aparılan müasir döyüşlərin hərbi elementlərinin qarşılıqlı fəaliyyəti və uzlaşmanın səviyyəsinin artırılmasından ibarətdir»,-deyə mətbuat xidməti bəyan edir.

XS
SM
MD
LG