Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 19:20

Bu gün 90 saylı Ağdaş seçki dairəsində müşahidə aparmaq istəyənlərdən ərizə qəbulu başa çatır. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) hazırladığı təqvim planında qeyd edilir.

Bu dairədə təkrar seçkilər iyunun 18-də keçiriləcək. MSK-dan verilən məlumata görə, seçkini Avropa Şurası Parlament Asambleyasından gələn 5 müşahidəçi də izləyəcək.

90 saylı Ağdaş seçki dairəsində 7 nəfərin namizədliyi qeydə alınıb. Namizədlərdən 5-i bitərəfdir. Qalan iki namizəddən biri hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, o bir isə ÜMİD partiyasının sədridir.

Hazırda həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədov da bu dairədən namizədliyini vermək istəyirdi. Ancaq MSK onu seçkiyə buraxmadı.

XS
SM
MD
LG