Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Fevral, şənbə, Bakı vaxtı 05:03

4 partlamamış hərbi sursat aşkar edilib


Arxiv fotosu

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) iyunun 11-də Tərtər və Füzuli rayonlarında 1 ev, 4 əkin sahəsi, 11 partlayış yerinə baxış keçirdiyi bildirilir.

Agentlikdən AZƏRTAC-a verilən xəbərə görə, 4 partlamamış hərbi sursat aşkar edərək götürüb. Tərtər rayonunun Cəmilli və Şırarx kəndlərinin hər birində 1, Füzuli rayonunun Qazaxlar kəndində isə 2 ədəd partlamamış hərbi sursatın aşkarlandığı qeyd edilir.

Ümumilikdə, aprelin 7-dən iyunun 11-nə kimi 1521 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina (PMN), 3 piyada əleyhinə POMZ-2 və 7 tank əleyhinə minanın aşkar olunaraq zərərsizləşdirildiyi bildirilir.

XS
SM
MD
LG