Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:00

Humanitar yardım gətirilən şəhər bombalanıb


Daraya
Daraya

-

ABŞ və Fransa Suriya hökumətini mühasirədə qalan Daraya şəhərinin ac sakinlərinə ərzaq gətirildikdən sonra onu bombardman etməkdə ittiham edir. Humanitar yardım karvanı Daryaya iyunun 9-u axşam saatlarında çatıb. Bu, şəhərə son illərdə gələn ilk yardımdır. Sakinlərin və müşahidəçilərin dediklərinə görə, Suriya hökumət qüvvələri iyunun 10-da səhər saatlarında humanitar yardımın paylanmasına əngəl olaraq, şəhəri atəşə tutmuş və bombardman etmişlər.

Ərzaqla dolu avtomobil karvanı Darayaya BMT ilə Suriya hökuməti arasında əldə edilmiş razılıqdan sonra göndərilib. Razılaşmaya görə, yardım ölkədə mühasirədə olan 19 bölgədən 15-nə çatdırılmalıdır.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner bəyan edib ki, bu cür zərbələr hər bir şəraitdə qəbuledilməzdir, ancaq indiki halda bu zərbələr insanların kəskin ehtiyac duyduğu yardımın çatdırılmasına mane olub.

Fransa Xarici İşlər Nazirliyi beynəlxalq təzyiq altında möhtac insanlara yardım çatdırılmasına icazə verdikdən sonra şəhəri bombardman edən Dəməşqi riyakarlıqda ittiham edib.

XS
SM
MD
LG