Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:09

3 marşrut xətti ləğv olundu


Foto Arxiv
Foto Arxiv

-

Bakı Nəqliyyat Agentliyində (BNA) müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən şirkətlərin rəhbərləri ilə görüş keçirilib.

Lent.az BNA-ya istinadən xəbər verir ki, 16, 18 və 96 saylı marşrutlar bu gündən xətdən çıxarılıblar. Buna səbəb onların təkmilləşdirmə tələblərinə cavab vermədiyi, təkrarlanan xətlər olduqları göstərilib. Ancaq bu iradlara həmin marşrutların sahiblərinin hansı cavabı verdikləri açıqlanmır.

BNA bildirib ki, tələblərə uyğun olmayan marşrut xətləri ilə bağlı analoji tədbirlər davam etdiriləcək.

BNA 2015-ci ilin dekabrında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Bu quruma Bakıda taksi də daxil olmaqla, nəqliyyatla sərnişindaşıma sahəsinə aid normativ hüquqi aktların müddəalarına riayət edilməsi həvalə olunub. Habelə bu qurum sərnişindaşıma xidmətlərinin səmərə və keyfiyyətinin artırılmasından ötrü tədbirlər görməlidir.

Nəqliyyat Nazirliyinin tabeliyində olan «Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi» MMC də ötən il Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdi.

XS
SM
MD
LG