Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:13

Rusiyadan 10 təyyarə alınacağı deyilir


MS-21-200
MS-21-200

-

Rusiyanın «Ilyushin Finance» lizinq şirkəti və «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) 10 MS-21 təyyarəsinin tədarükü haqqında memorandum imzaladığı bildirilir.

«Report»un xəbərinə görə, bu sənəd Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubov və Rusiya baş nazirinin müavini Dmitry Rogozin-in iştirakı ilə imzalanıb.

Bir gün əvvəl isə Ukraynanın Azərbaycanla 10 «An-78» hərbi nəqliyyat təyyarəsinin satışı haqqında müqavilə imzaladığı bildirilirdi.

«Turan»ın xəbərinə görə, bu barədə Ukrayna baş naziri Volodymyr Hroysman məlumat vermişdi.

««An-178»lər Azərbaycanda uçacaq. Azərbaycan şirkəti ilə 10 «An-178» təyyarəsinin alınması haqqında müqavilə imzalanıb», - deyə Hroysman öz Twitter mikrobloqunda yazmışdı.

MS-21 təyyarəsi (XXI əsrin magistral təyyarəsi) «Irkut» korporasiyası tərəfindən hazırlanır və yığılır. Bu, Rusiyanın ilk yaxın-orta magistral təyyarəsidir. Təyyarənin ilk tədarükü 2018-ci ilin 4-cü rübündə nəzərdə tutulub.

«An-178» isə 18 tona yaxın yük daşıya və torpaq aerodromlarda işləyə bilir. Əsas xüsusiyyətlərinə və nəqliyyat imkanlarına görə «An-12»dən üstündür. Daha çox uçuş uzunluğuna və yüksəkliyinə malikdir. «An-178»in qiyməti komplekt hissələrindən asılı olaraq, 40 mln. dollara yaxın və daha çox ola bilər.

XS
SM
MD
LG