Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 00:32

Quba və Sumqayıtda qaz kəsiləcək


Qaz

-

Bu gün saat 09:00-dan etibarən Sumqayıt şəhərinin «Yaşıl dərə» yaşayış massivi, «Metallurq» bağları, 48-ci məhəllə, Novxanı, Corat, Saray qəsəbəsi və Quba rayonunun bir hissəsində təbii qazın kəsiləcəyi bildirilir.

«Azəriqaz»dan verilən məlumata görə, buna səbəb yeni çəkilmiş, diametri 57 mm-lik qaz xətlərində aparılacaq təmir işləridir. Təmir başa çatdıqdan sonra məhdudiyyətin aradan qaldırılacağı açıqlanıb.

XS
SM
MD
LG