Keçid linkləri

2017, 20 İyul, Cümə axşamı, Bakı vaxtı 16:50

ABŞ-ın 5 ştatında praymeriz keçirilir


Hillary Clinton və Donald Trump

İyunun 7-də ABŞ-ın 5 ştatında prezidentliyə namizədliklə bağlı ilkin seçkilər keçirilir.

Kaliforniya, Montana, Nyu-Cersi, Nyu-Meksika və Cənubi Dakotada keçirilən praymerizlər Demokrat və Respublikaçılar partiyasından iddiaçılar Hillary Clinton və Donald Trump üçün simvolik də sayıla bilər.

Çünki onların hər ikisi, namizədliklərinin verilməsi üçün partiya qurultayında lazım olan seçici səsini demək olar ki, qazanıblar.

Amma Clintonun partiya daxilindəki rəqibi Berne Sanders mübarizəni hələ də dayandırmaq fikrində deyil.

Demokratlar həmçinin Şimali Dakotadakı partiya toplantısında “kokus” keçirəcəklər.

Respublikaçılar partiyasından isə Donald Trump vahid iddiaçıdır.

ABŞ-da növbəti prezident seçkisi bu ilin noyabrında keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG