Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 11:05

Rusiya NATO təlimlərinə pis baxır


Dmitry Peskov

“NATO-nun hazırda Polşada keçirdiyi hərbi təlimlər Avropada etimad və təhlükəsizlik mühitinin yaradılmasına xidmət eləmir”.

Bunu iyunun 7-də Kremlin sözçüsü Dimitry Peskov deyib.

Qeyd edək ki, NATO və onun müttəfiqləri bundan bir gün əvvəl Polşada irimiqyaslı birgə hərbi təlimlərə başlayıblar.

Quru, dəniz və hava qüvvələrinin təlim məşqlərində Polşa, ABŞ və digər müttəfiq ölkələrdən 31 minədək qüvvə iştirak edir.

Təlimlər bir həftə sürəcək və bundan sonra NATO ölkələrinin Varşavada sammiti keçiriləcək.

Sammitdə Polşa və Baltik ölkələrində ordu və hərbi avadanlıqların genişləndirməsi ilə bağlı qərar qəbul olunmalıdır.

Rusiya NATO-nun onun sərhədlərinə doğru yaxınlaşmasını özünə təhlükə sayır və cavab tədbirləri ilə hədələyir.

XS
SM
MD
LG