Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:29

Azərbaycanlılar Gürcüstana gedir


Tbilisi
Tbilisi

-
Bu ilin 5 ayında 570 min 825 nəfər Azərbaycan vətəndaşı Gürcüstana səfər edib.

AZƏRTAC-ın xəbər verir ki, bu göstərici ilə Gürcüstana gedən xarici ölkə vətəndaşları sırasında azərbaycanlılar birinci yerdədirlər.

Gürcüstanın Milli Turizm Administrasiyasının məlumatına görə, son 5 ay ərzində ölkəyə 2 milyon 119 min 275 nəfər gəlib. Onlardan 782 min 814 nəfər turistlər olub. Turistlərin sayında qonşu ölkələr liderlik edir. Birinci yerdə Azərbaycan, ikinci yerdə isə 524 min 71 nəfərlə Türkiyədir. Rusiyadan isə 303 min 678 nəfər Gürcüstana səfər edib.

Gürcüstana sərmayə qoyuluşunda da azərbaycanlıların üstünlük təşkil etdiyi bildirilir. Bütün bunlar Gürcüstanda əlverişli biznes mühit və ucuz istirahət mərkəzlərinin mövcudluğu ilə izah edilir.

XS
SM
MD
LG