Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:45

ATV əməkdaşlarının döyüldüyü deyilir


ATV
ATV

-

Şamaxıda ATV telekanalının əməkdaşlarının döyüldüyü bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı məlumat yayıb. Hadisənin iyunun 4-ü saat 19:00 radələrində Şamaxıda «Yoxlama» layihəsi çərçivəsində çəkiliş zamanı baş verdiyi bildirilir.

Məlumatda qeyd edilir ki, telekanalının əməkdaşları Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə «Şamaxı» yeməkxanasında döyülüblər. Jurnalistlərin videokamerasının, səs qurğusu və digər avadanlıqların da sındırıldığı qeyd edilir.

Nazirlik bildirir ki, toplanmış materiallar Şamaxı Rayon Prokurorluğuna göndərilib. Prokurorluqdan da məlumatı təsdiq ediblər.

Ancaq telekanal özü bununla bağlı heç bir bəyanatla çıxış etməyib.
«Şamaxı» yeməkxanasının və işçilərinin hadisə ilə bağlı mövqeyi də, hələlik, bəlli deyil.

APA hadisəyə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsindən münasibət alıb. Şöbə müdiri Təvəkkül Dadaşov deyib ki, ATV-nin «Yoxlama» verilişi normal-maarifləndirici layihədir.O qeyd edib ki, «Yoxlama» verilişinin monitorinqi zamanı hazırda qanunvericiliyin tələblərinin ciddi pozulması hallarına rast gəlinmir: «Lakin səs-küyə səbəb olan istənilən veriliş kimi, bu veriliş də xüsusi olaraq diqqətimizdədir. Verilişin buraxılışları izlənilir. Biz verilişə teleradio yayımı haqqında qanunvericiliyin prizmasından yanaşırıq. Lakin bir tamaşaçı kimi yanaşanda, verilişin müsbət missiyası, istehlakçıların hüquqları baxımından müsbət mahiyyətini danmaq olmaz. Sahibkarlığın inkişafı baxımından problem yaratsaydı, müvafiq qurumların reaksiyası müşahidə olunardı».

XS
SM
MD
LG