Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 11:15

Prezident Açıq Səma Sazişini təsdiqlədi


-

Prezident İlham Əliyev “Azərbaycanla ABŞ arasında hava nəqliyyatı haqqında” sazişi təsdiq edib. Ölkə başçısı iyunun 2-də bununla bağlı qanun imzalayıb.

Sözügedən sazişi bu il aprelin 6-da AZAL prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta imzalayıblar. Sənəd iki ölkə arasında hava daşımaları bazarının liberallaşdırılması üzrə «Açıq Səma Sazişi» (Open skies) adlanır.

Saziş ABŞ və Azərbaycan arasında hava əlaqəsinin təşkili prosesini sürətləndirməyə imkan yaradacaq, kommersiya reyslərinin sayının artmasına xidmət edəcək.

«Open Skies» sazişi həmçinin, dövlətin aviaşirkətlərin kommersiya qərarlarına müdaxiləsinin aradan qaldırılmasını nəzərdə tutur. Bu operatorlara sərnişin və yük daşımaları üzrə daha əlçatan, səmərəli xidmətlər göstərməyə fürsət verəcək.

XS
SM
MD
LG