Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 05:09

Clinton xarici siyasətdən danışacaq


Hillary Clinton

-

ABŞ-da prezidentliyə namizədliyə demokratlardan iddialı Hillary Clinton iyunun 2-də xarici siyasətlə bağlı böyük çıxış edəcək. Onun respublikaçı rəqibi Donald Trump-ı sərt tənqid edəcəyi gözlənilir. Clinton çıxışını Kaliforniyanın San Dieqo şəhərində edəcək.

Clinton demokratlardan namizəd olmağa xeyli yaxınlaşsa da, opponenti senator Bernie Sanders də ona yaxındır. Sanders Kaliforniyada praymerizi udsa, partiyanın nominasiya prosesi iyul qurultayınadək uzana bilər.

Məlumatlara görə, Clinton çıxışında Trump-ı Şimali Koreyaya çox dostyana yanaşmaya, avropalı müttəfiqlərlə isə sərt davrandığına görə tənqid edəcək.

XS
SM
MD
LG