Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Rusiyada haker bandası saxlanıb


Foto illüstrasiya

-

Rusiya hüquq-mühafizə orqanları 50 hakerdən ibarət bandanı saxladığını bildirir. Onlar müxtəlif banklardan və Rusiyanın maliyyə institutlarından 1,7 milyard rubldan (25,33 milyon dollardan) artıq vəsait oğurlamaqda şübhəli bilinir.

Bəzi məlumatlara görə, bu, Rusiyada indiyədək saxlanmış ən böyük haker qrupudur.

Federal Təhlükəsizlik Xidmətinin iyunun 1-də yaydığı məlumata görə, şübhəlilər ölkəboyunca keçirilən reyd nəticəsində saxlanılıblar.

Axtarışlar zamanı xeyli sayda kompüter avadanlığı, saxta bank kartları, maliyyə sənədləri, “böyük miqdarda nağd pul” müsadirə olunub.

XS
SM
MD
LG