Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 22:50

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 25 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonunun Çinari kəndindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Tərtər, Ağdam, Füzuli, Goranboy və Xocavənd rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin mayın 31-dəkı açıqlamasında isə atəşkəsin gün ərzində 33 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Yaranmış gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Həmin görüşdə atəşkəsin gücləndirilməsi müzakirə edilib. Görüşdən sonra atəşkəsin pozulması halları nisbətən azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG