Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:23

Yağış yağacaq, şimşək çaxacaq


Yağış
Yağış

-

Mayın 31-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz isə 25-27 dərəcə isti olacaq.

Mayın 31-də ölkənin rayonlarında da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı qeyd edilir. Aran rayonlarında gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti olacağı bildirilir.

XS
SM
MD
LG