Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:01

3 ölü, 21 yaralı


Foto arxiv
Foto arxiv

-

Xızı rayonunda avtobus aşıb. Ölənlərin sayının artıq 3-ə çatdığı bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, rayonun Xələfli kəndində baş verən yol qəzasında yaralananlardan daha biri Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında vəfat edib. Bu şəxs Sumqayıt Dövlət Texniki Kollecin müəllimi Sərxan Abdullayevdir.

Hadisə yerində ölənlər isə həmin kollecinin müəllimi Kamil Hacıyev və təhsil müəssisəsinin yeməkxanasında çalışan Dilarə adlı xanımdır.

İlkin məlumata görə, Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaşlarını Xızıdakı istirahət məkanlarından birindən gətirən 50-CX-181 dövlət nömrə nişanlı «Hyundai» markalı avtobus yoldan çıxaraq aşıb. 21 nəfər xəsarət alıb.

Yaralılardan 15 nəfəri təcili tibbi yardım maşınları ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb.

Digər yaralılar isə Xızı, Sumqayıt və Bakıdakı tibb müəssisələrinə yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

XS
SM
MD
LG