Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 01:47

4 partlamamış hərbi sursat aşkarlanıb


Mina detektoru (arxiv fotosu)

Mayın 28-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Tərtər, Ağcabədi və Füzuli rayonlarında partlamamış sursat aşkar edib.

Agentlikdən bu barədə AZƏRTAC-a bildiriblər.

5 ev və həyətyanı sahəyə, 7 əkin sahəsinə, 1 orta məktəb ərazisi, 24 partlayış yerinə baxış keçirilib. 4 partlamamış hərbi sursat (3 Qrad raketinin mühərrik hissəsi və bir 122 mm-lik top mərmisi) aşkar olunduğu bildirilir.

Agentlik qeyd edir ki, aprelin 7-dən mayın 28-dək 1468 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlayaraq zərərsizləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG