Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:52

Savchenko: “Prezident olmağa hazıram”


Nadia Savchenko
Nadia Savchenko

.

İki gün öncə Rusiyada həbsxanadan buraxılan ukraynalı hərbçi Nadejda Savchenko deyir ki, lazım gələrsə, ölkə prezidenti olmağa hazırdır.

“Mən, sadəcə, hələ də tam əmin deyiləm ki, bizdə adamlar səslərini sadəcə qarabaşağa görə kiməsə verməməyi öyrəniblər”.

O, jurnalistlərdən xahiş edib ki, siyasilərlə əl verməsini onlarla dostlaşması kimi qəbul eləməsinlər.

Mətbuat konfransından canlı yayım aşağıda:

Azadlığa çıxdığı gün Savchenko Ukrayna prezidenti Petro Poroshenko-nun əlini sıxıb.

Məlumatlara görə, Savchenko Radanın milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü olacaq.

Pilot Rusiyada 22 illik cəzaya məhkum edilmişdi. O, mayın 27-də Rusiya Prezidenti Vladimir Putin-in sərəncamıyla əfv olunub.

XS
SM
MD
LG