Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:01

Cəbhədə atəş səsləri kəsilmir


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəsi ümumilikdə 46 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndi atəşə tutulub.
Bundan başqa, Füzuli, Goranboy və Xocavənd rayonları istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin mayın 26-da yaydığı məlumatda atəşkəsin 13 dəfə pozulduğu bildirilirdi.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Mayın 16-da isə Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.
Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

XS
SM
MD
LG