Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:18

Azərbaycan Andorranı məğlub edə bilmədi


Azərbaycan yığması. Foto Arxiv
Azərbaycan yığması. Foto Arxiv

-
Mayın 26-da futbol üzrə Azərbaycan millisi Andorra yığması ilə qarşılaşıb. Mayın 23-dən Avstriyanın Bad Erlax şəhərində təlim-məşq toplanışında olan Azərbaycan yığması Andorra ilə yoldaşlıq oyunu keçirib.

Robert Prosinečki-nin yetirmələri əhali və ərazi baxımından Avropanın ən kiçik ölkələrindən olan Andorra ilə qarşılaşmadan heç-heçə ayrılıblar. Avropanın bu balaca ölkəsində futbol bir elə də inkişaf etməyib.

Ölkə kubokunun final matçı ilə əlaqədar olaraq «Qarabağ» və «Neftçi»dən milliyə dəvət olunmuş oyunçular bu qarşılaşmada iştirak etməyib.

Azərbaycan millisi təlim məşq toplantısı çərçivəsində növbəti yoldaşlıq oyununu mayın 29-da Makedoniya yığmasına qarşı keçirəcək.

XS
SM
MD
LG