Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 20:44

-

Mayın 25-də İsveç parlamenti 291-21 səs çoxluğuyla NATO-nun təlimlər keçirməsi, yaxud müharibə baş verərsə, bu ölkəyə daha böyükmiqyaslı girişinə icazə verib.

İsveç neytral ölkədir, NATO üzvü deyil, ancaq son zamanlar Rusiyayla gərginlik üzündən NATO-ya yaxınlaşır, Danimarka, Norveç, İslandiya kimi NATO üzvlərilə əməkdaşlıq edir, Əfqanıstanda əməliyyatlarda iştirak edir.

Müdafiə naziri Peter Hultqvist deyib ki, bu razılaşma NATO ilə münasibətə, yaxud ölkənin təhlükəsizlik siyasətinə təsir göstərməyəcək, tərəfsiz qalacaqlar. “İsveç torpağına dəvətsiz NATO əsgəri girməyəcək”.

İsveçin NATO-ya yaxınlaşması Moskvanı qəzəbləndirir. Apreldə Xarici işlər naziri Sergei Lavrov deyib ki, İsveç NATO-ya qoşularsa, Rusiya qeyri-müəyyən addım atacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG