Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:31

Gürcü ilahiyyatçı: İnsanları incəsənətlə terapiya edirik


Merab Onani
Merab Onani

-

Art-terapiya (incəsənət terapiyası) Cənubi Qafqaza ayaq açır

Gürcüstanda insanlar incəsənət vasitəsilə öz şüuraltı dünyalarına səyahət edirlər. Gürcüstan Psixoloji yardım Mərkəzi 15 ildir ki, fəaliyyət göstərir, onlar insanlara kömək etmək üçün Art-terapiyadan da istifadə edirlər.

Gürcüstana Art-terapiya trendi gətirənlərdən biri Merab Oniani bugünlərdə öz işi haqda "Gürcüstan Today" saytına müsahibə verib.

Merab bu müsahibədə deyir:

“Mən və həmkarlarım Almaniya Art-terapiya məktəbini keçmişik. Art bizə bir insanın xüsusiyyətlərini üzə çıxarmağa kömək edir, o, həm çoxlu məlumat verir, həm də davranış stereotiplərini dəyişdirir, adaptasiya qabiliyyətini artırır."

“Adətən problemləri sözlə demək (verbal) çətindir. 19-cu əsrdə həkimlər vərəm xəstələrinin danışmaqdansa, şəkil çəkməyi, rəngləməyi üstün tutduqlarını müşahidə ediblər. Pasientlər emosiyalarla həddən artıq yüklənəndə özlərini kətan üzərində ifadə etməyə meyl edirlər. 1920-ci illərə qədər ABŞ və Avropanın bütün böyük klinikalarında art-terapiyadan istifadə edilməyə başlanıb və çox yaşı nətcələr verib.”

- İnsanın daxili aləminin vəziyyətini necə müəyyən edirsiz?

Ukraynada yaralı əsgərlərə Art-terapiya, 2016
Ukraynada yaralı əsgərlərə Art-terapiya, 2016

- Bir insanın işlətdiyi simvollar, rənglər və xətlər əsasında biz onların daxili aləmi haqda çox şeylər deyə bilirik. Bu, hələ hamısı deyil. Art insanlara danışmaqda kömək edr ki, bu da terapiyaya (bu sahədə "müalicə" sözündən istifadə etmək qadağandır - red.) açardır. İncəsənət bu məsələdə vasitədir.

Art-terapiya geniş anlayışdır, ona yaradıcılığın bütün sahələri daxildir: musiqi, kitab terapiyası, dram terapiyası, rəqs... Bizim məqsədimiz bir insanı şüuraltndakı travmalı hisslərdən arındırmaqdır. Biz yaradıcı potensialı, insanın öz-özünə daxili kömək imkanını aktivləşdirirk.

Art-terapiya pozitiv emosiyalar oyadır və insana apatiyanı aşmaqda, aktiv həyata qayıtmaqda kömək edir, insanın intellektual, emosional və şəxsi xüsusiyyətləri inkişaf edir.

Art-terapiya insanın öz-özünü tanımasıdır, özünü gərginlikdən azad etmək vasitəsidir. Yaradıcı prosesdə iştirak insana daxili və xarici münaqişələri aşmaqda kömək edir, yaradıcı təcrübə yeni şəxsi cəhətləri üzə çıxarır.

- Sizin Mərkəziniz Gürcü Katolik Patriarx Kilsəsi tərəfindən açılıb. Siz ilahiyyatdan da istifadə edirsiz?

- Bəli, mənim ikinci ixtsasım ilahiyyatdır. Bizim istiqamətlərimizdən biri də ruhaniliyə əsaslanan psxoterapiyadır. Bu üsuldan daha çox narkotik aludəçilərini həyata qaytarmaq üçün yararlanırıq.

- Gürcü cəmiyyətinin əsas problemləri nələrdir?

- Biz br çox problemlərlə məşğul oluruq; nevrozlar, fobiyalar, ailə terapiyası, alkoqolizm və s. Bizə müraciət edənlərin sayı çoxdur, səbəb yəqin ki, dövrümüzdə stressli ətraf mühit, neqativ xəbərlərdir.

Tipik bir gürcünün problemi odur ki, ana və uşaq arasında hədsz bağlılıq olur, uşaq həyatda çox gec müstəqilləşir. Xaricdə yeniyetməlikdən çıxan kimi ailəni tərk edir və müstəqil həyata başlayırlar.

Bizdə hiper-valideyn qayğısı var, bu elə qayğının olmamasına bərabərdir, hər iki halda uşaqda infantilizm olur və məsuliyyət hissi çatmır.

Bizdə hiper-valideyn qayğısı var. Bu, elə qayğının olmamasına bərabərdir, hər iki halda uşaqda infantilizm olur və məsuliyyət hissi çatmır. Bu isə rallıqdan qeyri-sağlam qaçışa gətiə bilər, narkotik aludəçiliyi, alkoqolizm və s.

Psixoloji bilik hər kəs üçün vacibdr. Təhsil həyati dərəcədə vacibdir və belə problemləri həll etməyə kömək edə bilər.

- Mərkəzinizə xaricilər də gəlir?

- Bəli. Qonşu ölkələrdən gələn pasientlərimiz var. Bütün dinlərdən olan insanları qəbul edirik. Rus dilində ünsiyyət aparırıq, indi isə ingilisdilli pasientlərimiz olanda onlarla işləmək üçün tərcüməçi axtarırıq.

XS
SM
MD
LG