Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:46

“Mansur ABŞ əsgərlərinə təhlükəydi”


Mullah Akthar Mansur

-

Taliban lideri Mullah Akhtar Mansur mayın 21-də dron zərbəsiylə ona görə öldürülüb ki, o, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinə “spesifik, birbaşa təhlükə” törədirdi. Bunu mayın 23-də Pentaqonun sözçüsü Jeff Davis deyib.

Davis jurnalistlərə bildirib ki, bu zərbələr ABŞ-ın özünümüdafiə qaydaları çərçivəsində həyata keçirilib və o özü də bunu birinci dəfədir öyrənir.

Dron zərbəsi Əfqanıstanla Pakistan sərhədinə endirilib. Pakistan Xarici İşlər Nazirliyi bunun suverenliyini pozduğunu deyib.

Daha öncə Prezident Barack Obama deyib ki, Mansur-un ölümü Əfqanıstana sülh gətirilməsi yolunda “vacib addım”dır.

XS
SM
MD
LG