Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Almaniya, Türkiyəyə və ABŞ-a yollanıblar.
Müdafiə Nazirliyi bildirir ki, mayın 23-dən 26-na kimi Almaniyada hərbi feldşerlik üzrə mübadilə proqramı keçirilir. Bu gündən Türkiyənin paytaxtı Ankarada isə strateji kommunikasiya kursları başlayır. Bu kurslar isə mayın 27-nə kimi davam edəcək.
Bundan başqa, mayın 23-dən 28-ə kimi ABŞ- da NATO-nun Müttəfiq Transformasiya Komandanlığında tərəfdaş ölkələrin hərbi nümayəndələri ilə seminar nəzərdə tutulub.