Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 11:45

-

Türkiyə Prezidenti Recep Tayyip Erdogan-ın əsas tərəfdaşlarından biri hakim partiyanın sədri və ölkənin baş naziri təyin olunub.

Binali Yildirim ölkənin nəqliyyat və kommunikasiya naziri və hakim AKP-nin təsisçilərindən biridir.

O, mayın 22-də Ankarada keçirilən partiya qurultayında yeganə namizəd olaraq 1405 səs toplayıb.

60 yaşlı Yildirim baş nazir postunda Ahmet Davutoglu-nu əvəzləyəcək. Onun Erdogan-la fikir ayrılıqları üzündən istefa verdiyi bildirilir.

Mayın 22-də axşama doğru Erdogan Yildirim-dan yeni hökumətin formalaşdırılmasını istəyib.

Erdogan konstitusiyanı dəyişərək prezident səlahiyyətini artırmaq istəyir. Hazırda Türkiyədə parlament sistemidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG