Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 07:06

ABŞ generalı Suriyaya gizli səfər etdi


Joseph Votel, 29 aprel, 2016

ABŞ hərbi rəisi mayın 20-də Suriyaya gizli səfər edib. Məqsəd bir çox ölkələrdə qadağan edilmiş “İslam dövləti” ilə vuruşan ərəb, kürd və başqa silahlı birləşmələrdən ibarət koalisiyasının yaradılmasının gedişi ilə tanış olmaqdır.

Joseph Votel ordu generalı, ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının rəhbəridir. O “İslam dövləti” əleyhinə 2014-cü ildə başlanan kampaniyadan sonra Suriyaya səfər edən ilk yüksək rütbəli amerikalı hərbçidir.

Votel Suriya ərazisində 11 saat olub. O suriyalı ərəb birləşmələrinə yardım göstərən amerikalı hərbi müşavirlərlə görüşüb, Vaşinqtonun dəstək verdiyi Suriyanın demokratik qüvvələri ilə söhbət edib.

General Voteli onunla eyni təyyarədə İrqadan Suriyaya uçan az sayda jurnalistlər müşayiət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG