Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:21

E. Məmmədyarov Dohada


Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi , iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə o da qeyd olunub ki, Kosta-Rikanın Azərbaycanda səfirliyinin təsis edilməsi əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Forumu çərçivəsində E. Məmmədyarovun BMT Baş Assambleyasının 62-ci sessiyasının prezidenti, Makedoniya Respublikasının keçmiş xarici işlər naziri Srqan Kərim ilə də görüşdüyü deyilir.

Görüşdə BMT ilə əməkdaşlığının hazırkı vəziyyəti və Azərbaycan-Makedoniya ikitərəfli münasibətlərinin müzakirə edildiyi qeyd edilir.

Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində bu görüşlərdən əvvəl Qətər Dövlətinin xarici işlər naziri Muhammad bin Abdurrahman bin Casim Al Tani ilə də bir araya gəlmişdi.

Azərbaycanın xarici İşlər Naziri Qətərə mayın 21-də gedib.

XS
SM
MD
LG