Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 20:07

İtən təyyarədə tüstülənmə olub


«EgyptAir»

-

«EgyptAir» aviaşirkətinə məxsus «A320 Airbus» təyyarəsi Aralıq dənizinə düşərkən göyərtəsində tüstülənmə baş verib. Fransada vətəndaş aviasiyası təhlükəsizliyinin tədqiqi və analizi ilə məşğul olan Büronun (BEA) ekspertləri belə deyir. Qeyd olunur ki, təyyarə ilə əlaqə kəsilməzdən bir neçə dəqiqə öncə tualet otağında tüstü detektorları işə düşüb.

BEA təmsilçilərinin sözlərinə görə, indiki məqamda qəzanın başvermə səbəbi haqda hər hansı rəy vermək tezdir. Hazırda təyyarənin qara qutuları axtarılır.

Bir qədər öncə xilasedicilər Aralıq dənizində itmiş təyyarəyə aid qalıqlar, cəsəd parçaları tapmışdılar. Qalıqları Misir, Fransa, Britaniya ekspertləri və eləcə də «Airbus» təyyarəsini istehsal edən şirkət əməkdaşları birgə araşdıracaqlar.

«EgyptAir» aviaşirkətinə məxsus təyyarə Parisdən Qahirəyə uçarkən Misir ərazisinə girən kimi radarlardan itib. Təyyarədə 66 nəfər olub, onların 56 nəfəri sərnişindi.

XS
SM
MD
LG