Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:36

İtən təyyarənin qalıqları, meyitlər tapılıb


«EgyptAir»
«EgyptAir»

-

Yunanıstan hökuməti Aralıq dənizində bugünlərdə itmiş «EgyptAir» aviaşirkətinə məxsus «A320 Airbus» təyyarəsinin qalıqları, baqaj və sərnişinlərin cəsədlərinin tapılması haqda xəbər yayıb.

«Bir neçə saat əvvəl bizə məlumat verildi ki, axtarış bölgəsində cəsəd hissələri, iki oturacaq, bir və ya iki baqaj əşyası aşkar edilib», - Yunanıstanın müdafiə naziri Panos Kammenos bəyan edib.

Bundan əvvəl Aralıq dənizində - İsgəndəriyyədən 290 km uzaqda itmiş laynerə məxsus qalıqlara rastlanması haqda xəbər verilmişdi. Hərbçilərin dediyinə görə, təyyarə qalıqları ilə yanaşı, MS804 reysinin sərnişinlərinin əşyaları da tapılıb.

Qalıqları Misir, Fransa və Britaniyadan olan ekspertlərlə yanaşı, «Airbus» təyyarəsini istehsal edən şirkətin əməkdaşları da tədqiq edəcəklər.

«EgyptAir» aviaşirkətinin təyyarəsi «A320» Parisdən Qahirəyə uçurdu. O, Misir hava məkanına girən kimi radardan itib. Yunanıstan hökumətinin sözlərinə görə, «Airbus A320» iki dəfə sərt manevr etdikdən sonra kəskin şəkildə yüksəkliyi itirib və dənizə düşüb.

Təyyarədə 66 nəfər olub, 56 nəfəri sərnişin idi. Onların 30 nəfəri Misir, 15 nəfəri Fransa, qalanları isə daha 10 ölkənin, o cümlədən Britaniyanın vətəndaşları olub.

Misir rəsmiləri bu həftə bəyan ediblər ki, qəzaya səbəb olan ən güclü ehtimallardan biri terror aktıdır. Ancaq başqa ehtimallar da istisna olunmur. İndiyə kimi heç bir cihad təşkilatı qəzaya görə məsuliyyəti üzərinə götürməyib.

XS
SM
MD
LG