Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:33

Atəşkəsin 29 dəfə pozulduğu deyilir


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 29 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Berd rayonunun Ayqedzor kəndindən Azərbaycan ordusunun Tovuz rayonunun Muncuqlu kəndində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonu ərazisindəki mövqelərinin də vurulduğu açıqlanıb.

Azərbaycan Müdafiə Nazirliyi üç gün əvvəlki açıqlamasında sutka ərzində atəşkəsin 123, iki gün əvvəl 26, dünən isə 10 dəfə pozulduğunu bildirmişdi.

Mayın 16-daVyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.
Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG