Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

Gəncin intihar etdiyi deyilir


Foto illüstrasiya
Foto illüstrasiya

-

Lənkəranda 26 gün əvvəl itkin düşən gəncin meyiti tapılıb.

APA-nın xəbərinə görə, rayonun Viravul kənd sakini, 31 yaşlı Ruslan Mirzəyev 26 gün öncə evdən çıxıb və bir daha geri qayıtmamışdı.

Yaxınları bu barədə müvafiq qurumlara məlumat veriblər, R.Mirzəyevin axtarışlarına başlanıb.

Lakin həyata keçirilən axtarış tədbirləri yalnız dünən nəticə verib. R.Mirzəyevin meyiti onların ailəsinə məxsus pay torpağının ərazisindəki söyüd ağacından asılmış vəziyyətdə tapılıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya

Birliyinin Lənkəran rayon şöbəsinin həkim-ekspertləri meyitin daxili və xarici müayinəsini keçiriblər. Lakin onun üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmadığı bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Buna bənzər hadisə bu ilin fevralında Bakıda baş vermişdi. Yanvar ayında itkin düşən ATV əməkdaşının cəsədi Xəzər dənizindən tapıldı və onun intihar etdiyi deyildi.

Ölkə mətbuatı son vaxtlar Azərbaycanda intihar hallarının artdığını yazır. Bunu rəsmi qurumlar da təsdiq edir. Ancaq Azərbaycanda intiharların səbəbini araşdıran ayrıca mərkəz yoxdur.

XS
SM
MD
LG