Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Bakıda qida və kənd təsərrüfatı sərgiləri


Qida sərgisi.
Qida sərgisi.

-

Mayın 19-da Bakı 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (World Food Azerbaijan 2016) və 10-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2016) sərgilərinin açılışı olub.

AZƏRTAC-ın xəbərinə görə, açılışda kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, Azərbaycanda istehsal olunan ərzaq məhsullarını tanıtmaq baxımından sərgilərin əhəmiyyəti böyükdür.

Nazir bildirib ki, sərgilərdə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin məhsulları və texnologiyaları nümayiş olunur.

«Bu sərgilər vasitəsilə şirkətlər arasında əlaqələr qurulur, xarici tərəfdaşlar seçilir və qeyri-neft sektorunun inkişafında inamlı addımlar atılır. Hər iki sərgidə dünyanın 34 ölkəsindən 313 şirkət iştirak edir», - deyə nazir vurğulayıb.

Builki «World Food Azerbaijan» və «Caspian Agro» sərgilərində Azərbaycan, Belarus, Almaniya, Hindistan, İspaniya, İtaliya, Qazaxıstan, Litva, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və Çexiya şirkətləri öz məhsullarını təqdim edir.

«World Food Azerbaijan» və «Caspian Agro» sərgiləri mayın 21-dək davam edəcək.

XS
SM
MD
LG